“Yüksəliş” Müsabiqəsinin iştirakçıları tərəfindən apelyasiya
və şikayətlərin verilməsi qaydaları

I. Ümumi müddəalar
1.1. Apelyasiya “Yüksəliş” müsabiqəsi (bundan sonra “Müsabiqə”) iştirakçısının qeydiyyat mərhələsindən başqa digər mərhələlər zamanı əldə etdiyi nəticələr (bundan sonra - Müsabiqə nəticələri) ilə razılaşmadığı halda, arqumentləşdirilmiş şəkildə verilmiş şikayətidir.
1.2. Apelyasiyanın mətni Müsabiqə iştirakçısı tərəfindən sərbəst formada, nəticələrlə öz narazılığının səbəbini göstərməklə, həmçinin zəruri təsdiqedici sənədlərin əlavə edilməsi ilə tərtib edilir və yalnız şəxsi kabinet vasitəsilə göndərilir.
1.3. Apelyasiya Müsabiqə iştirakçısı tərəfindən onlayn mərhələ, əyani mərhələ, yarımfinal və final mərhələlərinin nəticələri üzrə şəxsi kabinetdə nəticələr haqqında informasiyanın dərc edilməsi anından 24 saat ərzində göndərilə bilər.
1.3.1. Şəxsi kabinetdə nəticələr haqqında informasiyanın dərc edilməsi anından 24 saat keçdikdən sonra apelyasiya göndərilməsi və baxılması qadağandır.

II. Müsabiqənin apelyasiya komissiyası
2.1. Bütün apelyasiyalar apelyasiya bölməsi vasitəsilə verilir və apelyasiya komissiyası (bundan sonra - Komissiya) tərəfindən baxılır, onun tərkibinə Müsabiqənin ekspertləri, qiymətləndirmə üzrə nümayəndələr, həmçinin Müsabiqənin təşkilatçıları daxil ola bilər.
2.2. Komissiya Müsabiqənin iştirakçıları tərəfindən apelyasiyaların verilməsinin hazırki qaydalarına müvafiq olaraq bütün apelyasiyalara obyektiv baxılmasını təmin edir.
2.3. Apelyasiyalara baxılması Müsabiqədə təkrar iştirak sayılmır. Apelyasiyalara baxılması zamanı yalnız Müsabiqənin müəyyən edimiş aparılma qaydalarına və/və ya Müsabiqədə iştirak nəticələrinin qiymətləndirilməsinin düzgünlüyünə riayət etmək yoxlanılır.
2.4. Komissiya aşağıdakı hüquqları özündə saxlayır:
• Daxil olan apelyasiyalarla iş qaydasını qurmaq (apelyasiyalara baxılması müddətləri, apelyasiyalara baxılması nəticələri haqqında iştirakçılara məlumat verilməsi üsulları və s.);
• Müsabiqənin iştirakçısının onun apelyasiyasına baxılmasının nəticələri ilə tanış etmək üsulunu təyin etmək;
• Tələblərə uyğun olmayan apelyasiyalara baxılmasından imtina etmək.

III. Apelyasiyanın verilməsinin əsasları və onlayn mərhələnin nəticələrinə əsasən təsdiqedici sənədlər
3.1. Komissiyanın ünvanına apelyasiyanın verilməsi üçün aşağıdakı səbəblər əsas ola bilər:
a) Tapşırığın mətnində məna və/və ya məntiqi səhvlər (düzgün cavabın olmaması, həll üçün zəruri informasiyanın olmaması və s.);
b) Tapşırıqların keçilməsi zamanı Müsabiqənin təşkilatçısı tərəfindən texniki qüsurlar.
3.2. Apelyasiya verilməsinin icbari şərti mətnin təsdiqedici sənədlərlə möhkəmləndirilməsidir.
3.2.1. Tapşırığın mətnində məna və/və ya məntiqi səhv səbəbindən verilən apelyasiyaya əlavə edilməsi zəruri olan təsdiqedici sənəd aşkar edilən səhvin skrinşotu (tarix və saat göstərilməsi şərtilə) və bu tapşırığın iştirakçı tərəfindən təklif edilən həllidir.
3.2.2. Müsabiqənin təşkilatçısı tərəfindən texniki qüsurlar səbəbindən verilən apelyasiyaya aşağıdakı təsdiqedici sənədlərin əlavə edilməsi zəruridir:
• Testi keçmək üçün istifadə edilən qurğunun texniki yararlığının yoxlanmasının uğurla keçilməsi haqqında ekranın skrinşotu;
• Texniki qüsurun məhz nədən ibarət olmasını əks etdirən ekranın skrinşotu;
Həmçinin, Müsabiqənin təşkilatçısı tərəfindən buraxılmış texniki qüsuru təsdiq edən digər məlumatlar və /və ya sənədlər (olduğu təqdirdə).
3.3. Aşağıdakı bəndlər apelyasiyanın verilməsi üçün kifayət edən əsas deyil:
a) Müsabiqə iştirakçısının təlimatlara, tapşırıqların mətnlərinə, həmçinin tapşırıqların yerinə yetirilməsi zamanı vaxtın məhdudluğuna diqqətsizliyi;
b) Müsabiqənin tapşırıqlarının keçilməsində öz nəticələrinin Müsabiqədən kənar oxşar tapşırıqların keçilməsi nəticələri ilə müqayisə edilməsi;
c) Müsabiqədən kənar peşə və şəxsi xidmətlər (tutduğu vəzifə, təhsil haqqında diplomlar, fəxri fərmanlar, təşəkkür məktubları və s.);
d) Test nəticələrinin daha ətraflı interpretasiya tələbi;
e) Hazırki Qaydaların 3.1-ci və 3.2-ci bəndlərinə əsasən təsdiqedici sənədlər olmadan onlayn mərhələnin tapşırıqlarının keçilməsi nəticələrinin yenidən baxılmasını istəmək;
f) İştirakçının və ya iştirakçının rabitə operatoru tərəfindən onlayn mərhələdə tapşırıqların keçilməsi zamanı texniki qüsur (internet birləşmənin aşağı sürəti, istifadə edilən qurğunun və ya proqram təminatının tapşırığın keçilməsinin tələb etdiyi meyarlara uyğun olmaması, tapşırıqların son dəqiqələrdə yerinə yetirilməsi).

IV. Apelyasiyanın verilməsinin əsasları və Müsabiqənin əyani, yarım final və final mərhələlərinin nəticələrinə əsasən təsdiqedici sənədlər
4.1. Komissiyanın ünvanına apelyasiyanın verilməsi üçün aşağıdakı səbəblər əsas ola bilər:
a) Tapşırığın mətnində məna və/və ya məntiqi səhvlər (düzgün cavabın olmaması, həll üçün zəruri informasiyanın olmaması və s.);
b) Komanda və fərdi ballarının hesablanmasında onların alınmasının bütün zəruri şərtlərinə riayət edilməsi zamanı səhvlər (hesabatda komanda və fərdi işə görə balların olmaması);
c) Təşkilatçıların təqsirinə görə iştirak qaydalarının və əyani mərhələnin aparılması prinsiplərinin pozulması.
4.2. Apelyasiyaya əlavə edilməsi zəruri olan təsdiqedici sənədlər aşağıdakılar ola bilər:
• Tapşırığın aşkar edilən səhvi göstərməklə təsviri və onun üçün təklif edilən həllin şərh edilməsi;
• Komanda və fərdi tapşırığının, həmçinin hesabatda olmayan komanda və fərdi nəticənin göstərilməsi.
4.3. Aşağıdakı bəndlər apelyasiyanın verilməsi üçün əsas deyil:
a) Müsabiqə iştirakçısının təlimatlara, tapşırıqların mətnlərinə, həmçinin tapşırıqların yerinə yetirilməsi zamanı vaxtın məhdudluğuna diqqətsizliyi;
b) Seçim prosedurunun, onun meyarlarının və onların qiymətləndirmə üsullarının müsabiqənin iştirakçısı tərəfindən kifayət qədər başa düşülməməsi;
c) Tapşırıqlarının cavablandırılmasında öz nəticələrinin Müsabiqənin digər iştirakçılarının nəticələri ilə müqayisə edilməsi;
d) Mübahisəli vəziyyətlərin Müsabiqənin digər iştirakçıları tərəfindən qəbul edilməsi və dəstəklənməsi;
e) Müsabiqədən kənar peşə və şəxsi xidmətlər (tutduğu vəzifə, təhsil haqqında diplomlar, fəxri fərmanlar, təşəkkür məktubları və s.);
f) Hazırki Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə əsasən təsdiqedici sənədlər olmadan seçimin əyani, yarımfinal və final mərhələsinin tapşırıqlarının cavablandırılmasının nəticələrinin yenidən baxılmasını istəmək;

V. Seçimin əyani, yarımfinal və final mərhələləri çərçivəsində şikayətlərin verilməsi
5.1. Müsabiqənin əyani, yarımfinal və final mərhələləri zamanı mübahisəli vəziyyətlərin həllinin prioritet üsulu Komissiyanın ünvanına şikayətin verilməsidir.
5.2. Şikayət konkret təşkilatçı, ekspertin və ya Müsabiqədə iştirak edən digər şəxslərin hərəkətlərinə dair tərtib edilir.
5.3. Şikayət əyani, yarımfinal və final mərhələlərinin aparıldığı sahədə yerləşdirilmiş qərargaha təqdim edilir. Şikayət yalnız yazılı şəkildə verilməlidir (əlyazma və ya kompyuterdə yığılmaqla). Şifahi ərizələr qəbul edilmir. İştirakçıya öz şikayətinin verilməsinə qədər onun mətninin əlavə olaraq fotoşəklini çəkmək (surətini çıxarmaq) tövsiyə edilir.
5.4. Şikayət özündə aşağıdakıları ehtiva etməlidir:
• İştirakçının əlaqə məlumatları (Müsabiqə iştirakçısının SAA, ID nömrəsi, telefonu, elektron poçt ünvanı);
• Hadisənin konkret vəziyyətlərinin/hallarının, vaxtının və yerinin təsviri;
• İştirakçıların hüquqlarını pozan təşkilatçı – ekspertin və ya digər iştirakçıların və ya üçüncü şəxslərin SAA və onların konkret hərəkətləri;
• Müsabiqənin qaydalarının pozulmuş olan konkret bəndinin göstərilməsi;
• İştirakçı tərəfindən təklif edilən qərar (əgər varsa);
• Şikayətin verilmə tarixi və dəqiq vaxtı (saat, dəqiqə);
• İştirakçının imzası.
5.5. Şikayətə baxılmasının nəticəsi onun verilməsi anından 48 saat ərzində iştirakçıya təqdim edilir. O şikayət verən iştirakçının göstərdiyi elektron ünvana göndərilir.

VI. Apelyasiyaya baxılmasının nəticələri
6.1. Apelyasiyaya baxılması nəticələrinə əsasən Komissiya tərəfindən aşağıdakı qərarlardan biri çıxarılır:
- Onlayn mərhələnin tapşırıqlarının sonradan təkrar cavablandırılmaqla və ya aşkar olunan səhvi nəzərə almaqla əyani, yarımfinal və final mərhələlərinin nəticələrinin yenidən hesablanması və ya nəticələrin artırılması yolu ilə apelyasiyanın təmin edilməsi haqqında;
- Nəticələri dəyişmədən saxlamaq və ya apelyasiyanın verilmə əsasının kifayət etməməsini qəbul etmək yolu ilə apelyasiyanın təmin edilməməsi haqqında.
6.2. Apelyasiyaya baxılmasının nəticələri Komissiya tərəfindən qəbul edilmiş üsulla 5 (beş) iş günü ərzində Müsabiqənin iştirakçısının nəzərinə çatdırılır.