“Yüksəliş” Müsabiqəsinin qaliblərinə mükafatların (qrantların)
verilməsi qaydası

I. Ümumi müddəalar
1.1. Hazırki qaydalar “Yüksəliş” müsabiqəsinin (bundan sonra – Müsabiqə) qaliblərinə ali təhsil proqramlarının və əlavə peşə proqramlarının – ixtisasın artırılması proqramlarının, peşənin yenidən hazırlığı proqramlarının, təhsil proqramlarının mənimsənilməsinə və şəxsi istifadəsinə dair mükafatların (qrantların) verilməsi qaydalarını təyin edir.
1.2. Müsabiqənin qalibləri Müsabiqənin finalında əyani iştirak edən və hər hansı səbəblərə görə diskvalifikasiya edilməyən iştirakçılar mükafatları (qrantları) almaq hüququna malikdir.
1.3. Mükafatların (qrantların) verilməsi xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2019-cu il tarixli, 1354 saylı Sərəncamına əsasən həyata keçirilir.
1.4. Mükafatların (qrantların) verilməsinin təşkilati – texniki təminatını, mükafatları (qrantları) alanlar tərəfindən mükafatı (qrantı) məqsədli istifadə üzrə öhdəlikləri yerinə yetirmək üzrə monitorinq daxil olmaqla, “Yüksəliş” İctimai Birliyi (bundan sonra – qrantın Operatoru) həyata keçirir.
1.5. Mükafatları (qrantları) almaq hüququna malik olan qaliblərin siyahısı qrantın Operatorunun sərəncam aktı ilə təsdiq edilir.

II. Müsabiqənin qaliblərinin mükafatları (qrantları) almaq hüququnun təsdiq edilməsi
2.1. Mükafatları (qrantları) almaq hüququna malik olan qaliblər Müsabiqənin finalının keçirilməsi günündən 30 gün ərzində qrantın Operatoru ilə saziş bağlayırlar.
Sazişdə göstərilir:
- Müsabiqənin qaliblərinin təhsil proqramlarını həyata keçirən və hazırki Qaydanın 2.3-cü bəndi ilə müəyyən edilmiş tələblərə uyğun olan təşkilatla sazişin və qrantın Operatoru ilə təhsil haqqında müqavilənin bağlanmasına razılığı (bundan sonra – Müqavilə);
- hazırki Qaydanın IV bölməsi ilə müəyyən edilmiş öhdəliklər.
2.2. Müsabiqənin qaliblərinin sazişi bağlamaqdan imtina etdiyi təqdirdə qrantın Operatoru ona yalnız təhsil xərcləri üçün ayrılmış mükafatı (qrantı) verməkdən imtina etmək hüququna malikdir.
2.3. Müsabiqənin sazişi imzalayan qalibi təhsil fəaliyyətini həyata keçirmək üzün lisenziyaya malik olan, həmçinin ali təhsil proqramını həyata keçirdiyi zaman müvafiq hazırlıq istiqaməti/ixtisas üzrə dövlət akkreditasiyasına malik olan Azərbaycan Respublikasında və ya ondan kənarda (sonradan – təhsil təşkilatı) ali təhsil proqramı (proqramları) və/və ya əlavə peşə təhsili proqramını (ixtisasın artırılması, peşə yenidən hazırlığı) seçmək hüququna malikdir.
2.4. Mükafatı (qrantı) alan qalib sazişi imzaladığı andan bir il ərzində seçilmiş təhsil proqramının mənimsənilməsinə başlamaq hüququna malikdır.
2.5. Mükafatı (qrantı) alan qalib tərəfindən seçilmiş təhsil proqramı üzrə tədris üçün qəbul mövcud qanunvericiliyə və təhsil təşkilatının daxili normativ aktlarına müvafiq olaraq həyata keçirilir.
III. Mükafat (qrant)
3.1. Mükafat (qrant) şəxsi və təhsil xərclərinə bölünməklə iki hissədən ibarətdir:
3.2.1 Şəxsi istifadə üçün 10000.00 (on min) manat
3.2.2 Təhsil xərcləri üçün 10000.00 (on min) manat
3.2. Əgər mükafat (qrant) alan qalib tərəfindən seçilmiş təhsil xidmətinin (xidmətlərinin) dəyəri 10000.00 (on min) manatdan çox olarsa, o zaman dəyərdən artıq olan hissə mükafat (qrant) alanın və ya üçüncü şəxslərin öz vəsaitləri hesabına ödənilir, bu zaman belə üçüncü şəxslərlə ayrı müqavilə bağlanır. 3.3. Əgər mükafat (qrant) alan qalib tərəfindən seçilmiş təhsil xidmətinin (xidmətlərinin) dəyəri 10000.00 (on min) manatdan az olarsa, o zaman mükafat (qrant) alan fərqin pul kompensasiyasını almır. 3.4. Qrantın Operatoru mükafatı (qrantı) alanlar tərəfindən seçdikləri təhsil proqramlarını mənimsənilməsinin monitorinqini aparır.

IV. Mükafatı (qrantı) alanın hüquq və vəzifələri
4.1. Mükafatı (qrantı) alan aşağıdakı hüquqlara malikdir:
- Seçilmiş təhsil proqramlarının mənimsənilməsinə dair üçtərəfli müqavilə imzalamaq;
- Qrant hesabına təhsil fəaliyyətini həyata keçirən bir neçə təşkilatda bir neçə təhsil proqramını mənimsəmək;
- Artıq tədrisinə başlanmış təhsil proqramının həyata keçirilməsinə dair mükafat (qrant) almaq, bu zaman müqavilə yalnız təhsil proqramının qalan hissəsinə dair bağlanmalıdır (artıq mənimsənilmiş təhsil proqramının ödənilməsinə yol verilmir);
4.2. Mükafatı (qrantı) alanın aşağıdakı vəzifələri vardır:
- seçilmiş təhsil fəaliyyətini həyata keçirən təşkilatla təhsil münasibətlərinin dayandırılması (dəyişməsi) haqqında 10 gün müddətində qrantın Operatoruna məlumat vermək (xaric edilmə, akademik məzuniyyət, köçürülmə və digər).
4.3. Təlim alanın təqsirinə görə (pis oxumasına, təhsil təşkilatının daxili nizam – intizam qaydalarının pozulmasına görə və s.) xaric edildiyi təqdirdə mükafat (qrant) alan mükafatın (qrantın) vəsaitlərini təkrar istifadə etmək imkanından məhrum olur.