Tez-Tez Verilən Suallar
“YÜKSƏLİŞ” müsabiqəsi nədir?
+
"YÜKSƏLİŞ" - idarəçiliklə məşğul olan 21 yaşdan 51 yaşınadək Azərbaycan vətəndaşları arasında keçirilən müsabiqədir. Müsabiqənin əsas məqsədi yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan şəxsləri müəyyən etmək, onları inkişaf etdirmək və dəstəkləməkdir..
Bu müsabiqədə niyə iştirak etməliyəm?
+
"YÜKSƏLİŞ" müsabiqəsinə qoşulmağın ən vacib üstünlüklərindən biri təcrübə mübadiləsi, müxtəlif komandalarda işləmək, həmfikir insanlarla əlaqə yaratma və ölkə daxilində böyük təcrübəyə malik peşəkarlarla şəxsi əlaqələr qurmaq imkanıdır. Bu, özünüzü başqaları ilə müqayisə etməklə yanaşı, həm də idarəetmə bacarıqlarınızı gücləndirmək və məqsədə çatmaq üçün sərt, lakin ədalətli mübarizədə özünüzü sınamaq fürsətidir. Qaliblər 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı qazanacaqlar. Finalçılara 20.000 AZN məbləğində təhsil qrantı təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər hansı meyarlara uyğun gəlməlidirlər?
+
  • Müsabiqənin qeydiyyat mərhələsi bitənədək iştirakçıların yaşı 21-dən 51-dək olmalı
  • Ali təhsilli olmalı
  • Ən az 2 il idarəetmə təcrübəsinə sahib olmalı
  • Azərbaycan Respublikasınn vətəndaşı olmalıdırlar.
Müsabiqədə necə iştirak edə bilərəm?
+
İlk olaraq, saytda qeydiyyatdan keçməlisiniz. Qeydiyyat sistemi avtomatik olaraq bütün tələblərə riayət olunmasını müəyyən edəcək və qeydiyyatı təsdiqləyəcək. Mərhələlər haqqında məlumat həmcinin şəxsi kabinetə göndəriləcək.
Müsabiqədə iştirak etmək üçün ödəniş etməliyəm?
+
Xeyr, müsabiqədə iştirak ödənişsizdir.
İştirakçıların seçimi hansı meyarlara uyğun aparılacaq?
+
  • Yüksək İntellektual zəka
    - Ümumi dunyagörüşü
    - Məntiqi düşüncə
    - Məlumatların təhlili bacarığı

  • Qərar qəbul etmə bacarığı
    - Prioritet və risklərin nəzərdən keçirilməsi
    - İş etikasına uyğun düzgün qərarın verilməsi
    - Qərarın icrası

  • İşin bölüşdürülməsi bacarığı
    - İşin və öhdəliklərin idarə edilməsi
    - Tapşırıqların icrasının dəstəklənməsi və idarə edilməsi

  • Risk və böhranın idarə edilməsi bacarığı
    - Düzgün planlama nəticəsində risklərin minimuma endirilməsi
    - Mümkün ola biləcək böhrana hazırlıq
    - Risk və böhranın effektiv idarə edilməsi

  • Diqqəti nəticələrə yönəltmək bacarığı
    - Məqsəd və hədəflərin qoyulması
    - Lahiyənin idarə edilmə planının yazılması və idarə edilməsi

  • Strateji düşünmək bacarığı
    - Strategiyanın hazırlanması və tətbiq edilməsi
    - Fəaliyyət planının hazırlanması və icrası

  • Komandada işləmək bacarığı
    - Komandanın idarə edilməsi və motivasiyası
    - Geridönüş və rəy vermə bacarığı

  • Kommunikasiya bacarıqları
    - Yazılı və şifahi ünsiyyət bacarığı
    - Görüşlərdə əsas prioritetlərin müəyyən edilməsi
    - Qarşı tərəfin maraqlarını nəzərə alaraq səmərəli görüşlərin təşkili

  • Dəyişikliklərin tətbiqi bacarığı
    - Labüd dəyişikliklərə hazırlıq və düzgün implementasiya

  • İnnovativliklərin tətbiqi

  • Büdcənin idarə edilməsi bacarığı
    - Büdəcənin hazırlanması və icrasına nəzarət
    - Maliyyət risklərinin hesablanması

  • Sosial məsuliyyət
    - Sosial dəyərlərin təyin edilməsi
    - Sosial məsuliyyət stragesiyasının həyata keçirilməsi
Seçimin obyektivliyi və şəffaflığı necə təmin olunacaq?
+
Müsabiqənin qaydalarına riayət olunmasının monitorinqi, eləcə də qaliblərin müəyyənləşdirilməsinin obyektivliyi və qərəzsizliyi Ekspertlər tərəfindən təmin olunacaqdır. Seçim qiymətləndirmə metodologiyasına uyğun qaydada həyata keçiriləcək.
Doğum günüm qeydiyyatdan sonrakı dövrə təsadüf etdiyi üçün digər yaş kateqoriyasına daxil oluram. Nə etməliyəm?
+
Qeydiyyat zamanı yaşınız müəyyən edilmiş yaş qrupuna aid olmalıdır.
Qeydiyyatdan keçməyimi təsdiq edən məlumat almadım. Nə etməliyəm?
+
Təsdiq haqqında məlumat, adətən, 24 saat ərzində gəlir. Təsdiq məktubu almadığınız təqdirdə, onu "Spam" qovluğunda axtarın və elektron ünvanınızın parametrlərini yoxlayın.
Özümə uyğun cavab variantı tapmadığım üçün anket sorğusunu natamam və ya səhv doldurdum. Nə etməliyəm?
+
Dəstək xidməti vasitəsilə bizə yazın, təklifinizi və ya nəyi dəyişdirmək istədiyinizi təsvir edin.
Təklifinizlə bağlı təkmilləşdirməni mütləq nəzərdən keçirəcəyik. Hal-hazırda heç bir düzəliş etmək mümkün olmayacaq, lakin Siz seçimin növbəti mərhələlərində özünüz haqda daha ətraflı məlumat verə və/və ya əvvəlki məlumatları dəqiqləşdirə bilərsiniz.
İdarəetmə təcrübəsi nə deməkdir?
+
İdarəetmə təcrübəsi - mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s. idarə olunması nəzərdə tutulur.
Mən iştirakçıların qeydiyyatı ilə bağlı anket sorğusunun bütün suallarını cavablandırdım, lakin sistem boş xanaların doldurulmadığını səbəb kimi göstərərək, məni qeydiyyata almır. Nə etməliyəm?
+
Başqa bir nömrə və ya elektron ünvan göstərməklə, kompüter vasitəsilə qeydiyyatdan keçmək üçün cəhd edin.
Mən qeydiyyat zamanı sorğunu sona kimi doldura bilmədim, nə etməliyəm?
+
Əgər sorğu sona çatdırılmayıbsa və yenidən cəhd etdiyiniz halda sistem istifadəçinin artıq qeydiyyatda olduğunu bildirirsə, sistemlə əlaqəni davam etdirmək üçün 48 saat ərzində elektron ünvanınıza linklə birgə məktub göndəriləcək. Təsdiq almadığınız təqdirdə, məktubları "Spam" qovluğunda axtarın və elektron ünvanınızın parametrlərini yoxlayın.
İlk dəfədir ki, sistemdə qeydiyyatdan keçirəm, lakin sistem bu istifadəçinin artıq qeydiyyatda olduğunu bildirir, nə etməliyəm?
+
Zəhmət olmasa, başqa bir nömrə və ya elektron ünvan göstərərək, kompüter vasitəsilə yenidən qeydiyyatdan keçməyə cəhd edin.
Müsabiqənin növbəti mərhələlərində məni nə gözləyir?
+
Müsabiqənin növbəti mərhələlərinə dair məlumatlar qeydiyyatdan keçdiyiniz elektron ünvana göndəriləcək. Müsabiqənin rəsmi saytında və sosial şəbəkələrində olan xəbərləri izləyin.
Müsabiqə neçənci dəfədir keçirilir? Gələn il müsabiqə olacaqmı?
+
"YÜKSƏLİŞ" müsabiqəsi ilk dəfədir keçirilir və layihənin gələcəkdə davam etdirilməsi tələbə görə müəyyən ediləcək.
Hərbi xidmətdə olan şəxslər müsabiqədə iştirak edə bilərlər?
+
Müsabiqə çərçivəsində hərbçilərə heç bir məhdudiyyət qoyulmayıb. Müsabiqədə iştirak etmək üçün əsas tələblərdən biri iş təcrübəsinin olmasıdır.
Həmçinin, xatırlatmaq istərdik ki, müsabiqənin qaydalarına əsasən, yaşı 21-dən 51-dək olan iştirakçıların ən azı 2 il iş təcrübəsi olmalı və Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Şəxsi məlumatlarımın qeydiyyatına dair təsdiq məktubu aldım, lakin orada səhv aşkar etdim. Bu halda nə etməliyəm?
+
Zəhmət olmasa, dəstək xidməti vasitəsilə düzgün məlumatları göndərin və biz Sizin anket sorğunuza lazımı dəyişiklikləri aparacağıq.
Hal-hazırda müvəqqəti olaraq işləmirəm, müsabiqədə iştirak edə bilərəm?
+
Bəli, müvafiq iş təcrübəniz olduğu halda, iştirak edə bilərsiniz.
Başqa ölkənin vətəndaşı olduğum təqdirdə, müsabiqədə iştirak edə bilərəm?
+
Qaydalara əsasən, müsabiqədə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Şəxsiyyət vəsiqəm itdiyi və ya dəyişdirilmə mərhələsində olduğu halda nə etməliyəm?
+
Siz şəxsiyyət vəsiqəniz olmadan müsabiqədə iştirak edə bilməzsiniz.
Mənim suallarım olduğu halda hara müraciət etməliyəm?
+
Əlavə suallarınız varsa, dəstək xidmətinə müraciət edə bilərsiniz.
Şəxsi hesab
Şəxsi hesabın aktivləşdirilməsi (ŞH)
+
"YÜKSƏLİŞ" müsabiqəsinin tapşırıqlarına giriş əldə etmək üçün vacib şərtdir.
ŞH-ı aktivləşdirərkən bunlar tələb olunur: Qeydiyyatdan keçib, şəxsi kabineti aktivləşdirmək üçün ilk öncə şəxsiyyət vəsiqəsinin FİN kodu*, Doğum tarixiniz və e-mail adresinizi qeyd etmək tələb olunur. Bu məlumatlar daxil edildikdən sonra e-mail vasitəsilə namizədlərə aktivləşdirmə linki göndərilir. Mail adresini təsdiq etməklə namizədlər artıq şəxsi kabinetinin aktivləşdirilməsi istiqamətində şifrə təyin edərək qeydiyyatın ikinci mərhələsinə başlayır. Bu mərhələdə mobil telefon nömrəsinin təsdiqlənməsi tələb olunur. Nömrə təsdiqləndikdən sonra iştirakçılar qeydiyyat sorğusunda iştirak edərək şəxsi məlumatları daxil edir.
ŞH-ı aktivləşdirərkən bunlar tələb olunur:
+
  • Şəxsi hesabınızı SMS təsdiqi ilə aktivləşdirməli;
  • Pasport məlumatlarınızı daxil etməlisiniz.
Unutmayın ki, bu, müsabiqənin ən vacib mərhələsidir.
ŞH vasitəsilə Siz seçim mərhələsinə dair bütün məlumatları, seçim prosedurunun əsas göstəricilərini, müddətini və nəticələrini əldə edə, həmçinin müəyyən problemlər yarandığı halda, texniki dəstək ala bilərsiniz.
Diqqətdə saxlayın ki, əgər Siz eyni məlumatlarla (ad, soyad, ata adı, elektron ünvan, telefon) bir neçə dəfə qeydiyyatdan keçməyə cəhd göstərmisinizsə, sistem qeydiyyatı nəzərə almayacaq. Belə ki, şəxsiyyət vəsiqəsinin Fin nömrəsi, mobil nömrə və elektron ünvan hər iştirakçıya unikal olmalıdır. Yəni eyni məlumatları ikinci dəfə daxil edərək başqa hesab yaratmaq mümkün deyil.
ŞH-ın aktivləşdirilməsi üçün əsas tələblər:
+
1. Qeyd etdiyiniz telefon nömrəsi həm SMS vasitəsilə, həm də ehtiyac yaranarsa, Sizinlə birbaşa əlaqə saxlamaq üçündür.
2. Şəxsiyyət vəsiqəniz olmadan Siz müsabiqədə iştirak edə bilməzsiniz.
Ümumi suallar
Şifrəni unutmusunuz və ya uyğun deyil
+
Hesabınıza girişi bərpa etmək üçün "Şifrəni unutmusunuz" linkinə keçin və təlimatlara əməl edin.
Girişi bərpa etmək mümkün olmadıqda, müvafiq formanı doldurmaqla bu barədə bizə məlumat verin.
Qeydiyyat zamanı göstərilən elektron ünvana giriş məhduddur
+
Təəssüf ki, elektron ünvanı dəyişdirmək mümkün deyil. Girişi bərpa etmək üçün müvafiq dəstək xidmətinə müraciət edin.
Qeydiyyat zamanı göstərilən telefon nömrəsi aktiv deyil
+
Başqa bir telefon nömrəsini əlavə etmək üçün, müvafiq formanı doldurun.
Girişlə bağlı digər problem
+
“Inkoqnito” rejimindən istifadə edin. Problemi həll etmək mümkün olmadıqda, müvafiq formanı doldurmaqla bu barədə bizə məlumat verin.
Məlumatların bir hissəsini düzəldə bilmirəm
+
Müvafiq formanı doldurmaqla bu barədə bizə məlumat verin.
Məlumatı daxil edərkən düzgün olmadığı göstərilir və ya səhifə donur
+
“Inkoqnito” rejimindən istifadə etməyə çalışın. Problemi həll etmək mümkün olmadıqda, müvafiq formanı doldurmaqla bu barədə bizə məlumat verin.
Profilimi aktivləşdirmək üçün qeydiyyata keçid linki almadım
+
Məktubun "Spam" qovluğunda olub-olmadığını yoxlayın, əgər məktub yoxdursa – müvafiq formanı doldurun.
Aktivləşdirməni təsdiq edən məktub almadım
+
Aktivləşdirmənin bütün mərhələlərini tamamladığınıza əmin olduqdan sonra müvafiq formanı doldurun.
"Server ilə əlaqə yoxdur" xətası
+
Səhifəni yeniləyin. Bunun üçün F5 (və ya cmd+R macOS üçün) düyməsini basın. İnternet bağlantınızı yoxlayın (digər saytlar açılır, yoxsa yox). Əgər problem hələ də mövcuddursa, müvafiq formanı doldurmaqla bu barədə bizə məlumat verin.
Nömrəmə kodla bağlı SMS gəlmir
+
Bir az gözləyin - kod 3 dəqiqə ərzində gəlməlidir. Göstərilən müddət ərzində kod almasanız, telefon nömrəsini düzgün daxil etdiyinizə əmin olun. Mobil operatorunuzla nömrənizə qısa nömrələrdən mesaj alınmasına qadağa qoyulub-qoyulmadığını dəqiqləşdirin.
Anket sorğusunda buna uyğun bölmə yoxdur
+
Ən uyğun variantı əlavə edin. Ehtiyac yaranarsa, müsabiqənin növbəti seçim mərhələlərində özünüz haqda daha ətraflı məlumat verə bilərsiniz.
Mən niyə qeydiyyata alınmadım?
+
Müsabiqənin şərtlərindən birinə uyğun gəlmirsiniz.
"YÜKSƏLİŞ” Müsabiqəsinin Qaydalarında qeyd edildiyi kimi, müsabiqədə iştirak üçün şərtlər aşağıdakılardır:
  • Yaşı 21-dən 51-dək olanlar;
  • Ali təhsilli;
  • Ən az 2 il iş təcrübəsi olmalı;
  • Müsabiqədə iştirak edən şəxslər Azərbaycan vətəndaşı olmalıdırlar.
Testə keçid linki açılmır
+
Zəhmət olmasa, aşağıdakı əməliyyatları icra edin:
1. Cihazınızda antivirusun keçid linkini məhdudlaşdırmadığına əmin olun.
2. Əgər testi iş kompüterində aparırsınızsa, keçid linkinin şirkətin daxili təhlükəsizlik sistemi tərəfindən bloklanmadığını yoxlayın. Keçid linki bloklandığı halda fərdi kompüterinizdən keçid linkinə daxil olun və ya şirkətinizin IT xidməti ilə əlaqə saxlayın.
3. Başqa saytlar açmaqla, internet bağlantınızı yoxlayın.
Şəkil və ya mətn görünmür
+
Zəhmət olmasa, aşağıdakı əməliyyatları icra edin:
1. Ctrl + F5 (Mac OS X üçün ⌘Cmd + R) düyməsini sıxaraq, hər hansı test sualında brauzerinizin səhifəsini yeniləyin.
2. Əmin olun ki, brauzerinizdə şəkillərin əks etdirilməsi funksiyası işlək vəziyyətdədir (necə qoşmalı linkinə keçid).
3. Test müddətində reklamları blok edən proqramları (məsələn, AdBlock) söndürün.
Növbəti suala keçə bilmirəm
+
Zəhmət olmasa, aşağıdakı əməliyyatları icra edin:
1. Sualı tam cavablandırdığınızdan əmin olun. Cari testə dolğun cavab verməyənədək sistem növbəti suala keçməyə icazə vermir.
2. Digər saytları açmaqla, internet bağlantınızı yoxlayın.
3. Ctrl + F5 (Mac OS X üçün ⌘Cmd + R) düyməsini sıxaraq, hər hansı test sualında brauzerinizin səhifəsini yeniləyin.
Səhvən test səhifəsini bağladım
+
Şəxsi kabinetinizdəki testin keçid linkinə daxil olun ("Testə başla" düyməsini sıxın). Testə davam edə bilərsiniz.
Testin cavablandırılması zamanı elektrik enerjisi və ya internet kəsilib
+
Müsabiqənin qaydalarına əsasən, testin normal aparılması üçün zəruri olan avadanlıqların fasiləsiz fəaliyyətinə görə iştirakçı məsuliyyət daşıyır. Cihazın texniki nasazlıqları səbəbindən, testin və ya fərdi tapşırıqların yenidən keçirilməsi mümkün deyil.
Yanlış cavab göstərmişəm
+
Onlayn testin qaydalarına əsasən, iştirakçılar əvvəlki suallara qayıdıb, cavablarını dəyişə bilməzlər.
Testdə ID (iştirakçı nömrəsi) səhv göstərilmişdir – iştirakçı nömrəm şəxsi kabinetimdə göstərilən nömrədən fərqlidir
+
Zəhmət olmasa, testi davam etdirin. Test bitdikdən sonra dərhal müvafiq formanı doldurmaqla bu barədə bizə məlumat verin.
Test sualında səhv var
+
Apelyasiya şərtləri haqda burada tanış ola bilərsiniz. Qeyd olunan müvafiq formanı doldurmaqla bu barədə bizə məlumat verin.
Onlayn testə dair suallar
Sınaq testini nə üçün keçməliyəm?
+
Sınaq testi əyani mərhələdə iştirak üçün icbari xarakter daşıyır. Eyni zamanda, sınaq testini keçərək, Siz öz kompüterinizin texniki tələblərə uyğun olub-olmadığını yoxlaya və tapşırıqların nümunələri ilə tanış ola bilərsiniz. Test suallarına oxşar sualları cavablandırarkən, Siz tapşırıqların hansı sürətlə yerinə yetirildiyi barədə təsəvvür əldə edirsiniz.
Onlayn seçim mərhələsi
+
İlkin mərhələ olaraq adlandırılan onlayn üsulla biliyin yoxlanılması qeydiyyat bitdikdən sonra keçiriləcək. Qeydiyyatdan keçdikdən sonra onlayn imtahan barəsində sizə şəxsi kabinet vasitəsilə bildiriş gələcək. Kompüterinizin internetə sabit bağlantısının olub-olmadığını yoxlayın və əmin olun ki, sizə heç kəs mane olmayacaq. Ən çox bal toplayan iştirakçılar əyani mərhələyə keçid hüququ əldə edəcəklər.
Onlayn seçim mərhələsi bir neçə test əsasında aparılır:
+
Onlayn seçim mərhələnin ilk hissəsi Ümumi biliklər üzrə imtahandır. Hər bir testi müəyyən vaxt çərçivəsində bitirməlisiniz. Ümumi biliklər üzrə imtahan 4 blokdan ibarət olmaqla həyata keçirilir:
  • Tarix;
  • Coğrafiya;
  • Ədəbiyyat və mədəniyyət;
  • Hüquq və İqtisadiyyat

  • Onlayn mərhələnin ikinci hissəsi Qabiliyyət imtahanıdır.Testlər 3 blok üzrə aparılır:
  • Abstrakt düşüncə;
  • Rəqəmsal məlumatlarla işləmək bacarığı;
  • Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması

  • Test ümumi bilik səviyyənizi, rəqəmsal və şifahi məlumatlarla işləmək qabiliyyətinizi, idarəetmə bacarıqlarınızı yoxlamaq üçün nəzərdə tutulub. İdarəetmə potensialınız ayrı-ayrılıqda ilk üç test əsasında ümumi şəkildə qiymətləndiriləcək və nəticələr şəxsi kabinetinizdə yerləşdiriləcək.

    Testlərin keçirilmə vaxtı barədə məlumat şəxsi kabinetinizdə yerləşdirilir. Testlərdən keçmədiyiniz halda Siz müsabiqənin növbəti mərhələlərində iştirak hüququnu itirirsiniz.
    Onlayn seçim mərhələsinin əsas tələbləri:
    +
    1. Testi kompüter və ya böyük ekranlı planşetdə (diaqonalı ən azı 10 düym olan) keçmək lazımdır. Smartfonlardan (mobil telefonlardan) istifadə etmək mümkün olmayacaq.
    2. Diqqətinizin yayınmaması və yalnız tapşırıqların icrasına yönəldilməsi üçün testləri sakit şəraitdə cavablandırmaq olduqca vacibdir.
    3. Testləri cavablandırmazdan öncə qaydalarla tanış olun və şəxsi kabinetinizdə yerləşdirilmiş sınaq versiyası vasitəsilə özünüzü sınayın.
    4. Bütün testlərdə zaman məhdudiyyəti var. Zəhmət olmasa, diqqətli olun. Geri qayıtmaq və cavabları dəyişmək mümkün olmayacaq.
    5. Tapşırıqları sərbəst şəkildə yerinə yetirməyiniz vacib şərtdir. Üçüncü şəxslərin köməyindən istifadə etmək və ya internetdə düzgün cavabların axtarılması cəhdi müsabiqənin digər mərhələlərdə yoxlanılacaq.
    İmtahanlara hazırlıq:
    +
    Yüksəliş müsabiqəsinin ümumi biliklər mərhələsində Azərbaycanın tarixi üzrə istifadə olunan test tapşırıqları xalqımızın dövlətçilik ənənələri, Azərbaycan xalqının təşəkkülü və formalaşması, Azərbaycanın məruz qaldığı yad təsirlər və onlara qarşı mübarizə, tarixi proseslərin gedişində ortaya çıxan dövlət qurumlarımız, bunların meydana gəlməsini və tənəzzülünü şərtləndirən səbəblər və bunların nəticələri, tarixi şəxsiyyətləri, müxtəlif dövrlərdə həyata keçirilən siyasi fəaliyyətlərin ölkəmizin ərazi bütövlüyünün qorunmasında rolu, bu dövrlərdə sosial-iqtisadi inkişaf tendensiyaları, milli azadlıq hərəkatı, dövlətçiliyimizin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər barədə bilikləri əhatə edir.
    Yüksəliş müsabiqəsinin ümumi biliklər mərhələsində Coğrafiya fənni üzrə istifadə olunan test tapşırıqları ölkəmizin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında coğrafi biliklər, insan və təbiətin qarşılıqlı əlaqəsini, global problemlər və bunların Azərbaycana təsiri barədə dünyagörüşü əsasında hazırlanan tapşırıqlardır.
    Yaşadığımız dövrdə dünyada və ölkəmizdə əhali artımı, eyni zamanda və iqtisadiyyatımızın şaxələndirilməsinə olan ehtiyac da nəzərə alınsa, əsas iqtisadi anlayışlar haqqında biliklər (məlumatlılıq), iqtisadi savad istər hər bir fərdin gündəlik həyatında, istərsə də dövlət idarəçiliyində daha doğru qərarların qəbul edilməsi üçün çox əhəmiyyətlidir. Buna görə də yüksəliş müsabiqəsinin ümumi biliklər mərhələsində qiymətin meydana gəlməsi, istehlakçı və istehsalçı tarazlığı, bazar münasibətləri, tələb-təklif, milli gəlir, inflyasiya, məşğulluq və işsizlik, xarici iqtisadi əlaqələr, iqtisadi artım və inkişaf mövzuları üzrə iqtisadi biliklər yoxlanılır.
    Ümumi biliklər mərhələsində namizədlərin hüquq sahəsi üzrə aşağıdakı mövzular əsasında bilikləri yoxlanılır: hüquqi düşüncə və normalar, hüquqi mənbələr, siyasi sistem, dövlətin siyasi sistemdə yeri, dövlət aparatı, dövlətin funksiyaları, hüquq münasibətləri, qanunauyğun davranış, normativ hüquqi aktlar və onların tətbiqi məsələləri. Normativ hüquqi aktlara Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının Ailə Məcəlləsi üzrə qanunvericilik aktları aiddir. Yuxarıda göstərilən qanunvericilik aktlarını son əlavə və dəyişikliklərlə www.e-qanun.az saytından əldə edilməsi məqsədəuyğundur.
    Yüksəliş müsabiqəsinin ümumi biliklər mərhələsində ədəbiyyat və mədəniyyət üzrə biliklər də yoxlanılır. Mədəniyyət sahəsinə aid test tapşırıqları mədəniyyətimizin qədim dövrdən müasir dövrə qədər keçdiyi tarixi inkişaf yolunu əhatə edir. Ədəbiyyat sahəsini əhatə edən test tapşırıqları müxtəlif ədəbi növdə və janrda olan əsərlərin məzmununu, bunların xalqımızın inkişafındakı rolunu, taleyüklü hadisə və proseslərə yazıçı mövqeyini özündə əks etdirir.

    Ümumi biliklər üzrə ədəbiyyat siyahısını buradan yükləyə bilərsiniz

    Qabiliyyət test blokundan sual nümünələrini buradan yükləyə bilərsiniz
    Qabiliyyət imtahanı neçə bölmədən ibarətdir?
    +
    Qabiliyyət imtahanı 3 bölmədən ibarətdir:
  • Abstrakt və məntiqi düşüncə;
  • Rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması;
  • Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması.
  • Əsas imtahanda sualların sayı və cavablandırılması üçün ayrılan vaxt nə qədərdir?
    +
    Abstrakt və məntiqi düşüncənin yoxlanılması
    20 sual, bütün testə 20 dəqiqə

    Rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması
    18 sual, hər suala 2 dəqiqə

    Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması
    30 sual (6 mətn, hər mətn üzrə 5 sual), hər suala 2 dəqiqə
    Suallardan əvvəl hər mətn ilə tanışlıq üçün əlavə 2 dəqiqə verilir.
    Hər suala nə qədər vaxt ayrılır?
    +
    Hər tapşırığın cavablandırılması üçün vaxt limiti MÖVCUD DEYİL, ayrılan vaxt bütün testin cavablandırılması üçün verilir.
    Rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması testinə aid sualları cavablandırarkən hansı lazımi ləvazimatlardan istifadə etmək lazımdır?
    +
    Bu test suallarını cavablandırarkən qələm, kağız və kalkulyator lazım olacaq.
    Tanışlıq sessiyasında iştirak etməməyim əsas imtahanın nəticələrinə təsir edirmi?
    +
    Xatırladırıq ki, qabiliyyət imtahanı ilə tanışlıq sessiyasının nəticələri müsabiqənin nəticələrinə təsir etmir.
    Testi tamamladıqdan sonra nə etməliyəm?
    +
    Testləri tamamladıqda “Testin sonu” düyməsini basmağınız mütləqdir.
    İmtahanda iştirak vaxtını dəyişə bilərəmmi?
    +
    Hər hansı bir səbəbdən imtahanda iştirak vaxtını dəyişməyə icazə verilmir.
    İmtahanla bağlı bilməli olduğumuz ən vacib məqamlar hansılardır?
    +
    “Rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması” testini cavablandırarkən qələm, kağız və kalkulyatora ehtiyacınız olacaq. Odur ki, iştirakçılar lazımi ləvazimatların təmin edilməsinə diqqət yetirməlidir.
    Əyani mərhələyə keçid balı nə qədərdir?
    +
    Keçid balı mövcud deyil. Onlayn mərhələnin hər iki imtahanı bitdikdən sonra nəticələr T-şkala üzrə hesablanacaq və Şəxsi kabinetdə yerləşdiriləcək.
    Testin nəticələrinə dair suallar
    Müsabiqənin təşkilatçıları test nəticələrimi üçüncü şəxsə, məsələn, birbaşa mənim rəhbərliyimə ötürmədiyinə necə zəmanət verir?
    +
    Test prosesi tam olaraq anonim keçirilir. Hər bir iştirakçının test və test nəticələrinə keçid zamanı öz iştirakçı nömrəsi var. Testləri yoxlayan şəxslərin iştirakçının adı, soyadı, atasının adı barəsində heç bir məlumatları olmur. Testin nəticələrinə aid hesabatlar müsabiqənin təşkilatçılarına təqdim olunduqdan sonra yüksək səviyyədə qorunan məlumat bazasında saxlanılır. Yüksəliş İB iştirakçıların şəxsi məlumatların ötürülməməsinə dair məsuliyyət daşıyır.
    Bu cür testlərin həlli mənim üçün heç də çətin deyil, lakin vaxt məhdudiyyəti olduğundan, sualların hamısını cavablandıra bilmədim.
    +
    Onlayn seçim mərhələsində, adətən, testlər sadə olur. Bu mərhələdə əsasən yüngül və orta çətinlikdə tapşırıqlar verilir və onların həlli minimum vaxt tələb edir. "Yüksəliş" müsabiqəsinin əsas məqsədlərindən biri də məhz iştirakçıların vaxtın idarə edilməsi bacarığının yoxlanılmasıdır.
    Test tapşırıqları birbaşa peşəkar fəaliyyətlə bağlı deyil. Belə olan halda, bu testlər necə seçim vasitəsi ola bilər?
    +
    Bu növ testlər peşəkar fəaliyyətə qiymət vermək məqsədi daşımadığından iştirakçıların dünyagörüşünü və idarəetmə bacarığını yoxlayır. Suallar müvafiq təşkilatlarda sınaqdan keçirilib və kadr seçimi prosesində öz effektivliyini nümayiş etdirib.
    Mənim əlavə sualım var. Hara müraciət edə bilərəm?
    +
    Testlərdən keçən zaman hansısa bir texniki çətinliyiniz yaranarsa, şəxsi kabinetinizdəki texniki dəstək xidmətinə müraciət edə bilərsiniz.
    Yarımfinala dair suallar
    Yarımfinalda olduğum barədə məlumatı necə əldə edəcəyəm?
    +
    Test mərhələsini müvəffəqiyyətlə bitirən iştirakçıların şəxsi məlumatları yoxlandıqdan sonra, şəxsi kabinetlərində yarımfinal iştirakçı rejimi açılacaq. Yarımfinal haqqında bütün məlumat iştirakçının şəxsi kabinetində yerləşdiriləcək.
    Yarımfinal Bakıda və bölgələrdə necə keçirilir?
    +
    Yarımfinalların bölgələrdə və Bakıda keçirilməsi ilə bağlı şərtləri şəxsi kabinetdən əldə edə bilərsiniz.
    Yarımfinalın qalibi necə müəyyən edilir?
    +
    Yarımfinal mərhələsinin gedişində iştirakçıların idarəetmə bacarıqları fərdi və qrup tapşırıqlarının köməyi ilə qiymətləndirilir və bu mərhələnin nəticələrinə əsasən hər bir iştirakçıya fərdi reytinq balları verilir. Yarımfinalların qalibləri iştirakçıların fərdi reytinqləri əsasında müəyyənləşdirilir.
    İştirakçıların xərclərini kim ödəməlidir?
    +
    İştirakçıların əyani, yarımfinal və final mərhələlərində Yüksəliş İB zəruri bildiyi xərclər Birlik tərəfindən qarşılanır.
    Yarımfinalda iştirak etmək üçün mənə rəsmi dəvət məktubu lazımdır
    +
    Bu barədə müsabiqənin dəstək xidmətinə müraciət etməyiniz xahiş olunur. Müraciətinizdə ad, soyad, ata adı, hazırkı iş yeriniz/vəzifəniz, elektron ünvanınız və məktubun ünvanlanacağı şəxs kimi məlumatları qeyd edin.
    Yarımfinal haqqında məlumatı necə əldə edə bilərəm?
    +
    Şəxsi kabinetinizdə təqdim edilən məlumatlar yoxlandıqdan sonra, yarımfinal iştirakçısı rejimi açılacaq. Orada Sizin yarımfinalda iştirakınız barədə ətraflı məlumat yerləşdiriləcək.
    Yarımfinal ərzində harada qalacağam?
    +
    İştirakçıların yarımfinal müddətində yerləşdirilməsi Yüksəliş İB tərəfindən həyata keçir. Xatırladaq ki, yarımfinalın bütün tədbirlərində iştirak etməlisiniz. Hər hansı tədbirə geciksəniz və ya orada iştirak edə bilməsəniz, yarımfinaldan uzaqlaşdırılacaqsınız.
    Yarımfinalın keçiriləcəyi yerə necə gəlim?
    +
    Zəruri hallarda iştirakçıların yarımfnal mərhələsinin keçirildiyi məkana gəlməsi Yüksəliş İB tərəfindən təmin olunur.
    Mən gec gələ bilərəm? Hansı tədbir birinci olacaq, tədbirdə nə olacaq?
    +
    Tədbirə gecikmək olmaz. Tədbirlərin keçirilməsi müddəti dəqiqləşdirilib. Əgər hər hansı tədbirə geciksəniz və ya orada iştirak edə bilməsəniz, yarımfinala buraxılmayacaqsınız.
    Finala dair suallar
    Finalda olduğum barədə məlumatı necə əldə edəcəyəm?
    +
    Yarımfinallar yekunlaşdıqdan sonra gələcək finalçıların hamısının şəxsi kabinetlərində final iştirakçısı rejimi açılacaq. Orada təşkilati işlərlə bağlı məlumat, eləcə də iştirakçılara həll edilməsi tələb olunan tapşırıqların təlimatları haqda məlumat təqdim olunacaq.

    Final iştirakçılarını hansı tapşırıqlar gözləyir?
    +
    Finalda iştirakçılar peşəkar və şəxsi keyfiyyətlərinin qiymətləndirməsi üçün fərdi və qrup tapşırıqlarını yerinə yetirəcəklər. Bəzi tapşırıqlar idarəçi rəhbərlərin nəzarəti altında aparılacaq. Finalda göstərdiyi yekun nəticələr hər bir finalçının fərdi reytinqini müəyyənləşdirəcək. Finalın nəticələrinə əsasən ən yüksək reytinqi olan 20 iştirakçı müsabiqənin qalibi olacaq. Onlar “Yüksəliş” müsabiqəsinin idarəçi rəhbər proqramında iştirak etmək hüququ qazanacaqlar.
    İştirakçıların xərclərini kim ödəməlidir?
    +
    İştirakçıların əyani, yarımfinal və final mərhələlərində Yüksəliş İB zəruri bildiyi xərclər Birlik tərəfindən qarşılanır.
    Yarımfinalın nəticələrinə görə mənə bildirdilər ki, gözləmə siyahısındayam
    +
    Yarımfinal başa çatandan sonra “gözləmə siyahısı”nda olan iştirakçılara finala dəvətnamə göndəriləcək. İştirakdan imtina edənlər olacağı halda ”gözləmə siyahısı”ndakı ən yüksək reytinqə malik iştirakçılar onların yerinə finala dəvət olunacaqlar..
    Finalda iştirak etmək üçün mənə rəsmi dəvətnamə məktubu lazımdır
    +
    Bu haqda müsabiqənin dəstək xidmətinə müraciət etməyiniz xahiş olunur. Müraciətinizdə ad, soyad, ata adı, hazırki iş yeriniz/vəzifəniz, elektron ünvanınız və məktubun ünvanlanlanacağı şəxs kimi məlumatları qeyd edin.
    Finalın keçirilməsi qaydaları ilə necə tanış ola bilərəm?
    +
    “Yüksəliş” müsabiqəsinin finalında iştirak qaydaları finaldan qısa müddət öncə şəxsi kabinetinizdə dərc olunacaq.
    Bütün finalçılar finalda iştirak qaydaları ilə tanış və razı olduqlarını öz imzaları ilə təsdiq etməlidirlər.
    Müsabiqənin qalibi - İdarəçi rəhbər necə müəyyənləşdiriləcək?
    +
    Finaldan əvvəl hər bir finalçıya işləmək istədiyi idarəçi rəhbər seçməyi təklif edirik.
    Finalın gedişində idarəçi rəhbərlər qiymətləndirmə tədbirlərində iştirak edəcəklər. Həmçinin, onlar hər bir finalçının nəticələri ilə tanış olmaq üçün xüsusi Şəxsi kabinetə daxil ola biləcəklər. Finalın nəticələri elan olunduqdan sonra idarəçi rəhbərlər qaliblərin arasından bəyəndikləri finalçıları seçə biləcəklər. Bundan başqa, onlar bəyəndikləri digər finalçıları da öz komandasına qəbul edə bilərlər.