Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov ilə görüş keçirib.
Görüşdə Əkbər Əsgərovun peşəkar inkişafı, karyera hədəfləri və bu istiqamətdə Mentorluq Proqramının rolu müzakirə olunub. Ruslan Əlixanov öz təcrübəsini bölüşərək liderlik keyfiyyətlərinin inkişafı, strateji düşüncə və idarəetmə bacarıqları barədə tövsiyələr verib. Həmçinin qalibin şəxsi təşəbbüsləri və gələcək planları barədə fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.05.2025

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı start götürdü
17.05.2025

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.05.2025