Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və Toğrul Yaqublu ilə görüş keçirib.
Görüş zamanı Dövlət Neft Fondunun əsas fəaliyyət istiqamətləri, neft və qaz gəlirlərinin uzunmüddətli və məsuliyyətli idarə olunması prinsipləri, gələcək nəsillər üçün maliyyə ehtiyatlarının qorunmasına yönəlmiş investisiya siyasəti, portfelin diversifikasiyası və risklərin idarə olunmasına dair yanaşmalar barədə qaliblərə ətraflı məlumat verilib.
Bununla yanaşı, institusional idarəetmənin gücləndirilməsi, şəffaflığın təmin edilməsi və beynəlxalq təcrübələrin tətbiqi istiqamətində Fond tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Görüş çərçivəsində, həmçinin iştirakçıların fərdi inkişaf planları, müasir əmək bazarının tələbləri, eləcə də liderlik və peşəkar kompetensiyaların formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Azərbaycan Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
11.02.2026
“Yüksəliş” müsabiqəsinin qalibi Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-cı ilin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında iştirak edib
10.02.2026
“Yüksəliş” müsabiqəsinin qalibi Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransında iştirak edib
03.02.2026

