Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Qazı zadə tələbələrlə Mentorluq proqramı çərçivəsində görüş keçirib
“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Qazı zadə proqrama qəbul olunan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Nuranə Murquzova, Aişə Həbillayeva, Yusub Rüstəmovla görüş keçirib. Mentor Orxan Qazı zadə tələbələrin akademik biliklərinin praktiki tətbiqi və karyera hədəflərinə necə çata biləcəklərindən bəhs edib. Orxan Qazı zadə hüquq və prokurorluq sahəsində qazandığı təcrübələr əsasında güclü analitik düşüncə, məntiqi qərarvermə və ünsiyyət bacarıqlarının əhəmiyyətindən danışaraq tələbələrin bu sahə barədə fikirlərini dinləyib. O, Mentorluq proqramının gələcək gedişatı ilə əlaqədar atılacaq addımları bölüşüb.
Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025