Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Yusibova yeni təyinat verildi
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Yusibov Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin direktor müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Orxan Yusibov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Eseks Universitetində Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. O, “Azərbaycan Dəmir Yolları”nda baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.