1820

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüş keçirib.

Fərid Məmmədov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Görüşdə DOST konsepsiyası, göstərilən xidmətlər, sosial sahədə aparılan islahatlar və gələcək hədəflər barədə məlumat verilib.

Qaliblər dəvətə görə təşəkkür edib, belə görüşlərin faydasını vurğulayıblar. Fərid Məmmədov qaliblərin fikir və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.