“Yüksəliş” müsabiqəsinə yüksək maraq müşahidə olunur
11.01.2020
“Yüksəliş” müsabiqəsinin elan olunduğu ilk 10 gündə artıq 3345 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin əksəriyyəti Bakı-Abşeron sakinləri olsa da, ölkəmizin ayrı-ayrı iqtisadi rayonları üzrə də müsabiqəyə maraq müşahidə edilir. Müsabiqəyə qoşulanların iqtisadi rayonlar üzrə bölgüsü belədir:
- Bakı-Abşeron - 60.03%
- Aran - 10.85%
- Gəncə-Qazax - 7.23%
- Qarabağ - 6.42%
- Şəki-Zaqatala - 4.51%
- Lənkəran - 4.39%
- Quba-Xaçmaz - 2.7%
- Dağlıq Şirvan - 2.14%
- Naxçıvan - 1.73%
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər https://yukselish.az saytında qeydiyyatdan keçə bilərlər.