“Yüksəliş” müsabiqəsinə regionlardan qatılanların sayı artıb

16.01.2020
“Yüksəliş” müsabiqəsinin elan olunduğu ötən 20 gündə artıq 4800 namizəd qeydiyyatdan keçib. İştirakçıların əksəriyyəti Bakı-Abşeron sakinləri olsa da, ölkəmizin ayrı-ayrı iqtisadi rayonları üzrə də iştirakçı fəallığı müşahidə olunur. İştirakçıların iqtisadi rayonlar üzrə bölgüsü belədir:

  • Bakı-Abşeron - 60.03%
  • Aran - 10.47%
  • Gəncə-Qazax - 7.25%
  • Qarabağ və Kəlbəcər-Laçın - 6.26%
  • Şəki-Zaqatala - 4.61%
  • Lənkəran - 4.37%
  • Quba-Xaçmaz - 2.85%
  • Dağlıq Şirvan - 2.08%
  • Naxçıvan - 2.08%

  • Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər https://yukselish.az saytında qeydiyyatdan keçə bilərlər.