Dövlət qulluğu üzrə imtahanlarda sertifikat əldə etmiş vətəndaşların nəzərinə!

09.01.2020
Dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat əldə edənlər də “Yüksəliş” müsabiqəsinə qatıla bilərlər. İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə keçirilən “Yüksəliş” müsabiqəsi dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq əldə edilən sertifikatı idarəçilik təcrübəsi şərtinin ödənməsi olaraq qəbul edir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər https://yukselish.az saytında qeydiyyatdan keçə bilərlər.