“Yenidən yüksələk deyə, #EvdəQal!”

13.04.2020
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizəyə dəstək məqsədilə videoçarx hazırlanıb. “Yenidən yüksələk deyə, #EvdəQal!” çağırışı edilən videoçarxda səhiyyə, hüquq-mühafizə orqanları və ümumilikdə pandemiya ilə mübarizədə zəhmət çəkən hər bir şəxsin rolu xüsusi vurğulanır. “Yüksəliş” müsabiqəsi ictimaiyyəti yenidən yüksələ bilməyimiz üçün evdə qalmağa çağırır. Videoçarxı təqdim edirik: