“Yüksəliş” müsabiqəsinin qalibi “Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumu”nda iştirak edib
“Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusunda keçirilən forum Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.
Forumda Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Cəfər Nəcəfli də iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun bilik və təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq baxımından mühüm bir platforma olduğunu qeyd edib, dövlətin diaspora qayğısından danışıb.
Forumda süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni intellekt vasitəsilə insan duyğularını oxumaq, insanabənzər robot texnikasında etik innovasiya, Azərbaycandan Avropaya baxış və bir sıra digər istiqamətlər üzrə təqdimatlar olub.
Qeyd edək ki, Mentorluq Proqramı çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Cəfər Nəcəflinin mentorudur.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025
