“Yüksəliş” müsabiqəsinin qalibləri “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak etdilər

12.05.2023

 “Yüksəliş” müsabiqəsinin İşçi qrupu və qalibləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak etdilər. Festivalda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva da iştirak edib. O, qalibləri dünyanın çoxsaylı folklor nümunələrini özündə birləşdirən Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri ilə tanış edib, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsində “Xarıbülbül” festivalının keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. 

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo