“Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
ADA Universitetində “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Təşkilat Komitəsinin üzvü, millət vəkili Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, “Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Təşkilat Komitəsinin sədri və üzvləri, o cümlədən, ADA Universiteti rəhbərliyi öz çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Müsabiqənin uğurlu təşkilindən söz açan komitə üzvləri ikinci dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.
Qaliblər “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri və üzvlərindən diplomla təltif edilib.
Qeyd edək ki, qaliblər 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Qaliblərin adlarını təqdim edirik:
Məmmədli Emil
Tairquliyeva-Nağıyeva Arzu
Hüseynov Mustafa
Əhmədov Əli
Hüseynov Elmir
Həziyev Elşən
Əzimov Azər
İsa-zadə Şöhrət
İsmayıllı İlyas
Ziyadov Elkiyar
Nağıyev Camal
Mahmudov Hüseyn
İsayev Fərid
Məhərrəmli Fərrux
Sultanlı Xanbaba
Balakişiyeva Nərgiz
Abulov Ramil
Məsimzadə Nihad
Mehriban Rəsulova
Hüseynov Etibar
İsmayılova Nərgiz
Vüsalə Bayramova