II “YÜKSƏLİŞ” MÜSABİQƏSİNİN
QALİBLƏRİ İLƏ
TANIŞ OLUN
Emil Məmmədli
Emil Məmmədli
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Lankester Universitetində (Lancaster University) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. İspaniyanın İE Biznes Məktəbində (İE Business School) İslam Maliyyəsi ixtisası üzrə ikinci magistratura təhsili alıb. Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı Qrupunda investisiya inzibatçısı vəzifəsində çalışır.
Arzu Tairquliyeva-Nağıyeva
Arzu Tairquliyeva-Nağıyeva
1986-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavriat və Azərbaycan dillər Universitetində Regionşünaslıq ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, Mədəni irs və Davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə davam etdirib. ADA Universitetində Təlim və tədrisin təşkili və metodikası üzrə magistr təhsili alıb. Dövlət Turizm Agentliyində Təhsil və təlim sektorunun müdiri vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərir.
Mustafa Hüseynov
Mustafa Hüseynov
1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda bakalavriat və ardından magistratura təhsili alıb. ADA və ABŞ-ın Dyuk (Duke) Universitetinin ASEP proqramının məzunudur. “Azerconnect” MMC-də Müştəri Dəyərinin İdarə olunması bölməsinin rəhbəri vəzifəsində çalışır.
Əli Əhmədov
Əli Əhmədov
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Böyük Britaniyanın York və Fransanın Starsburq universitetlərində Biznesin idarə edilməsi üzrə magistratura (EMBA) təhsilini davam etdirir. “PMD Hospitality” MMC-də Daxili audit rəhbəri vəzifəsində çalışır.
Elmir Hüseynov
Elmir Hüseynov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Bristol Universitetində (The University of Bristol) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “PASHA Management Company”də “PAŞA” Holdinqin qeyri-maliyyə qrup şirkətləri üzrə vergi meneceri vəzifəsində çalışır. Eyni zamanda, ADA Universitetində və həmtəsisçisi olduğu BRIDGE Academy-də vergi və maliyyə təlimləri üzrə tədris aparır.
Elşən Həziyev
Elşən Həziyev
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Kass Biznes Məktəbində (Cass Business School) Daşınmaz əmlak investisiyası ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunda İnvestisiya departamentində menecer olaraq çalışır.
Azər Əzimov
Azər Əzimov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat və Maliyyə menecmenti ixtisası üzrə birinci magistratura təhsili alıb. Böyük Britaniyanın Şeffild Universitetində (University of Sheffield) EMBA ixtisası üzrə ikinci magistratura təhsili alıb. BP şirkətində Kommersiya Transformasiyasi üzrə qlobal məsləhətçi vəzifəsində çalışır
Şöhrət İsa-zadə
Şöhrət İsa-zadə
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Sənayenin təşkili və idarə olunması ixtisası üzrə magistratura təhsili alıb. Hər iki təhsilini fərqlənmə ilə bitirib. Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsində bələdiyyə üzvüdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Vitse-prezidentin müşaviri vəzifəsində çalışır.
İlyas İsmayıllı
İlyas İsmayıllı
1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Expo-2020”də əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb.
Elkiyar Ziyadov
Elkiyar Ziyadov
1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Marketinq menecment ixtisası üzrə magistratura və Xəzər Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb. "Azərbaycan Dəmir Yolları"nda Biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universiteti- Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) müəllim kimi fəaliyyət göstərir.
Camal Nağıyev
Camal Nağıyev
1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavriat, Bakı Biznes Universitetində Menecment(sahələr üzrə) magistratura təhsili alıb. “Kapital Bank”da İşə Qəbul üzrə mütəxəssis vəzifəsində çalışır.
Hüseyn Mahmudov
Hüseyn Mahmudov
1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universiteti və MQİMO Universitetində Biznes inzibatçılığı ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir. “PAŞA Sığorta” ASC-də Məhsulların idarəolunması və Marketinq üzrə ekspert vəzifəsində çalışır.
Fərid İsayev
Fərid İsayev
1986-cı ildə anadan olub. Böyük Britaniyanın Kinqston Universitetində (Kingston University) və Qərbi Kaspi Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat təhsili alıb. “KPMG Azerbaijan Limited” şirkətində Vergi və hüquq departamentinin rəhbəri vəzifəsində çalışır. Eyni zamanda, Alman-Azərbaycan Xarici Ticarət Palatasında İdarə heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvü və “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunun üzvüdür.
Fərrux Məhərrəmli
Fərrux Məhərrəmli
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “Cybernet” MMC-də informasiya texnologiyaları üzrə layihə rəhbəri, aparıcı analitik vəzifəsində çalışır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır, 3 medalla təltif edilmişdir
Xanbaba Sultanlı
Xanbaba Sultanlı
1991-ci ildə anadan olub. Moska Dövlət Aviasiya Universitetində İdarəçilik ixtisası üzrə və Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Böyük Britaniyanin York və Fransanın Strasburq universitetlərində Biznesin İdarə edilməsi üzrə magistratura (EMBA) təhsilini davam etdirir. “PAŞA Bank” ASC-də Korporativ və İnstitusional Bankçılıqda sənayə rəhbəri vəzifəsində çalışır.
Nərgiz Balakişiyeva
Nərgiz Balakişiyeva
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. ABŞ-ın Hyuston Universitetində (University of Houston) Beynəlxalq hüquq ixtisasının magistratura pilləsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hüquq departamenti direktor müavini vəzifəsində çalışır.
Ramil Abulov
Ramil Abulov
1988-ci ildə anadan olub. Gəncə Dövlət Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində şöbə rəisinin müavini vəzifəsində çalışır.
Nihad Mənsimzadə
Nihad Mənsimzadə
1991-ci ildə anadan olub. ABŞ-nın Texas A&M Universitetində (Texas A&M University) İqtisadiyyat ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Lids Universitetində (University of Leeds) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Nobel Energy Management” şirkətində Biznesə dəstək üzrə koordinator vəzifəsində çalışır
Mehriban Rəsulova
Mehriban Rəsulova
1991-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, Mədəni irs və Davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə təhsil alıb. “ATL Academy” də direktor vəzifəsində çalışır
Etibar Hüseynov
Etibar Hüseynov
1992-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Lankester Universitetində Beynəlxalq biznes və korporativ hüquq ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışır.
Nərgiz İsmayılova
Nərgiz İsmayılova
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavriat və ADA Universiteti ilə Maastrixt Biznes Məktəbinin (Niderland) müştərək EMBA (Biznes inzibatçılığı) ixtisası üzrə magistratura təhsili alıb. Layihələrin İdarə Olunması İnstitutunun (Project Management Institute - PMI) Azərbaycan nümayəndəliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür
Vüsalə Bayramova
Vüsalə Bayramova
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA proqramı üzrə Heyətin idarə edilməsi ixtisasında magistratura təhsili alır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabitdir.