I MÜSABİQƏNİN QALİBLƏRİ İLƏ TANIŞ OLUN
Orxan Quliyev
Orxan Quliyev
1989-cu ildə anadan olub. SOCAR-ın “Xarici təqaüd proqramı” çərçivəsində Berlin Texniki Universitetində (Technical University of Berlin) Sənaye mühəndisliyi və idarəetmə-istehsalatın və proseslərin rəqəmsallaşdırılması ixtisası üzrə bakalavriat və Sənayə mühəndisliyi və idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş texnologiya və rəqəmsallaşma inzibatçısı — Rəqəmsal transformasiya departamentinin direktoru vəzifəsinə çalışır. Eyni zamanda, Bakı Ali Neft Məktəbində müəllim kimi fəaliyyət göstərir.
Ziya Mürsəlzadə
Ziya Mürsəlzadə
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, SOCAR-ın “Xarici təqaüd proqramı” çərçivəsində Böyük Britaniyanın Lester Universitetində (Leicester University) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. SOCAR-ın Maliyyə seqmenti üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışır. Bakı Ali Neft Məktəbində MBA ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.
Fərrux Əliyev
Fərrux Əliyev
1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İsveçin Upsalla Universitetində (Upsalla University) Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Böyük Britaniyanın Varvik Biznes Məktəbində (Warwick Business School) Biznesin idarə edilməsi ixtisası üzrə ikinci magistratura təhsilini bitirib. "PAŞA Holdinq" nəzdində yeni yaradılmış "Future Lab" şirkətinin Baş icraçı direktoru vəzifəsində çalışır.
Leyla Xəlilova Rzazadə
Leyla Xəlilova Rzazadə
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Fransanın CIFE Avropa İnstitutunda (CIFE European Institute) Diplomatiya və Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. Elm və Təhsil Nazirliyində Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsində çalışır. AFFA İcraiyyə Komitəsinin üzvüdür.
Orxan Yusibov
Orxan Yusibov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində (Essex University) Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Baş icraçı direktorunun müavini vəzifəsində çalışır.
Kamil Alıyev
Kamil Alıyev
1990-cı ildə anadan olub. Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. “Azərbaycan Hava Yolları” QSC-nin Uçuş heyətinin planlaşdırılması şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Cavid Hümbətov
Cavid Hümbətov
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Maliyyə, beynəlxalq iqtisadi münasibətlər və menecment ixtisası üzrə magistratura təhsili alıb. “Azerconnect” MMC-nin Maliyyə və nəzarət üzrə direktoru vəzifəsində çalışır.
Xamis Seyranov
Xamis Seyranov
1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. İsveçin Malmö Universitetində (Malmö University) Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin Baş direktoru vəzifəsində çalışır. Hüquq üzrə fəlsəfə doktorudur.
Elşən Soltanov
Elşən Soltanov
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Vodafone Qatar" şirkətində Rəqəmsal transformasiya və elektron ticarət departamentinin rəhbəri vəzifəsində çalışır.
Nazim Novruzov
Nazim Novruzov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnformasiya ölçmə və hesablama texnologiyaları ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Böyük Britaniyanın Oksford Universitetinin Saïd Biznes Məktəbində Strateji İdarəetmə üzrə MBA proqramını bitirib. “Onneks” MMC şirkətinin təsisçisi və direktoru, "White Bay Consulting Australia" şirkətində Rəqəmsal transformasiya üzrə baş məsləhətçi vəzifələrində çalışır.
Samir Kərimov
Samir Kərimov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Vergi işinin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “189 TAXI” Call Center QSC-nin Direktoru, “Apar” şirkətinin (Apar Ride MMC) həmtəsisçisi vəzifəsində çalışır.
Fəxri Hüseynov
Fəxri Hüseynov
1984-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter riyaziyyatı ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında İdarəetmənin informasiya texnologiyaları ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal transformasiya və informasiya texnologiyaları departamentinin müəssisə arxitekturası şöbəsinin müdiri vəzifəsində çalışır.
Elçin Mirzəzadə
Elçin Mirzəzadə
1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Təhsilini Elm və Təhsil Nazirliyinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaqlarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Edinburq Universitetində (The University of Edinburgh) Maliyyə ixtisası üzrə davam etdirib. Müdafiə Sənayesi Nazirliyində "Aqreqat" İstehsalat Birliyinin direktor müşaviri vəzifəsində çalışır.
Turxan Süleyman
Turxan Süleyman
1988-ci ildə anadan olub. Bakı Slavyan Universitetində regionşünaslıq (Ukraynaşünaslıq) ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistratura və doktorantura təhsili alıb. Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin dosenti və siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Ruslan Mirzəliyev
Ruslan Mirzəliyev
1988-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Ekonometriya ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “1 saylı Bakı DOST Mərkəzi”nin direktoru vəzifəsində çalışır.
Orxan Zakirov
Orxan Zakirov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Avstraliyanın Queensland Universitetində (University of Queensland) İqtisadi informasiya sistemlər ixtisası üzrə magistratura təhsili alıb. “Sabah.hub” İnnovasiya Mərkəzinin Startap və investisiya layihələri üzrə meneceri vəzifəsində çalışır.
Cəfər Cəfərov
Cəfər Cəfərov
1998-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, ADA Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. ABŞ-nin Corciya Ştatı Universitetinin (Georgia State University) Riyazi tədqiqatçısı və müəllimi kimi fəaliyyət göstərir. Eyni zamanda, həmin universitetin Riyazi iqtisadiyyat ixtisası üzrə doktorantura təhsilini alır.
Məhəmməd Məmmədov
Məhəmməd Məmmədov
1992-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Edinburq Universitetində (University of Edinburgh) Maliyyə, ABŞ-nin Pensilvaniya Universitetinin Varton Biznes Məktəbində Biznesin idarəedilməsi ixtisası üzrə(MBA) magistratura təhsili alıb. “JP Morgan" şirkətinin İnvestisiya bankı mütəxəssisi vəzifəsində çalışır.
Ləman Qafarzadə
Ləman Qafarzadə
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və aspirantura/doktorantura, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. Ali Məhkəmədə Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdir müavini vəzifəsində çalışır. Eyni zamanda, ADA Universitetində saat hesabı müəllim kimi fəaliyyət göstərir.
Ramtiq Alızadə
Ramtiq Alızadə
1996-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dillər Universitetində Regionşünaslıq (İsrail) ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Monaş Universitetinin (Monash University) Dövlət siyasəti ixtisasının magistratura pilləsi üzrə davam etdirir.
Vüqar Mirzəzadə
Vüqar Mirzəzadə
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) İcraçı direktorunun müavini vəzifəsində çalışır.
Tural Feyzullayev
Tural Feyzullayev
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Fransanın Tuluz Universitetində (University of Toulouse) Beynəlxalq və avropa hüququ və beynəlxalq biznes hüququ ixtisasları üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində çalışır.
Semral Əliyev
Semral Əliyev
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura, Çin Xalq Respublikasının Harbin Kommersiya Universitetində (Harbin University of Commerce) İdarəçilər üçün ixtisaslaşma təhsili alıb. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Yeni nəsil texnologiyaların tətbiqi” İşçi Qrupunun sədri və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır.
Saməddin Abbasov
Saməddin Abbasov
1989-cu ildə anadan olub. Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə ixtisası üzrə bakalavriat və Qafqaz Universitetinin MBA proqramı çərçivəsində Maliyyə və kredit ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Bankların fəaliyyətinə nəzarət departamentinin aparıcı analitiki vəzifəsində çalışır.
Orxan Qazı zadə
Orxan Qazı zadə
1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikasının Baş Prokurorluğu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi“nin prokuroru vəzifəsində çalışır.
Ülkər Məlikova
Ülkər Məlikova
1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. "RAM Holdinq" şirkətinin Baş hüquq və komplayens inzibatçısı vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes Məktəbində (MBA) Biznes hüququ və Əmək münasibətlərinin idarə edilməsi fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Güldənə Hidayətli
Güldənə Hidayətli
1995-ci ildə anadan olub. Böyük Britaniyanın Heriot-Vat Universitetində (Heriot-Watt University) Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi ixtisas üzrə ikinci bakalavriat və Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Bakı Ali Neft Məktəbinin Strateji inkişaf üzrə prorektoru vəzifəsində çalışır. Bakı Ali Neft Məktəbində müəllim kimi fəaliyyət göstərir.