II MÜSABİQƏNİN QALİBLƏRİ İLƏ TANIŞ OLUN
Emil Məmmədli
Emil Məmmədli
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Lankaster Universitetində (Lancaster University) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. İspaniyanın İE Biznes Məktəbində (İE Business School) İslam maliyyəsi ixtisası üzrə ikinci magistratura təhsili alıb. Avstrianın Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı Qrupunun investisiya inzibatçısı vəzifəsində çalışır.
Arzu Tairquliyeva-Nağıyeva
Arzu Tairquliyeva-Nağıyeva
1986-cı ildə anadan olub. Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Təhsilini Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, mədəni irs və davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə davam etdirib. ADA Universitetində Təlim və tədrisin təşkili və metodikası üzrə magistratura təhsilini bitirib. İqtisadiyyat Nazirliyində Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərir.
Mustafa Hüseynov
Mustafa Hüseynov
1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda bakalavriat və ardından magistratura təhsili alıb. ADA və ABŞ-ın Dyuk Universitetinin (Duke University) The Adaptive Strategic Executive Programme (ASEP) proqramının məzunudur. “PashaPay” şirkətində Analitika və artım departamentın direktoru vəzifəsində çalışır.
Əli Əhmədov
Əli Əhmədov
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Böyük Britaniyanın York və Fransanın Strasburq Universitetlərinin ikili diplom proqramı çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə (Executive MBA) magistratura təhsilini davam etdirir. "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.
Elmir Hüseynov
Elmir Hüseynov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Bristol Universitetində (The University of Bristol) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “PASHA Real Estate Group” şirkətinin Daşınmaz əmlak qrupu üzrə maliyyə direktoru vəzifəsində çalışır. Həmçinin, ADA Universitetində və həmtəsisçisi olduğu “Bridge Academy”də vergi və maliyyə təlimləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Elşən Həziyev
Elşən Həziyev
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Kas Biznes Məktəbində (Cass Business School) Daşınmaz əmlak investisiyası ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunda İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin müdiri olaraq çalışır.
Azər Əzimov
Azər Əzimov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat və Maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Böyük Britaniyanın Şeffild Universitetində (University of Sheffield) Executive MBA ixtisasının magistratura pilləsi üzrə bitirib. “bp” şirkətinin Satınalma üzrə baş meneceri vəzifəsində çalışır.
Şöhrət İsa-zadə
Şöhrət İsa-zadə
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Sənayenin təşkili və idarə olunması ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) İnteqrə olunmuş Planlama, Optimizasiya və Loqistika seqmentinin İcraçı direktorunun müavini vəzifəsində çalışır.
İlyas İsmayıllı
İlyas İsmayıllı
1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Azergold” QSC-nin Strateji planlaşdırma və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Dünya Skaut Hərəkatı Təşkilatının Dünya tədbirləri üzrə baş məsləhətçisi vəzifələrində çalışır.
Elkiyar Ziyadov
Elkiyar Ziyadov
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Marketinq menecment ixtisası üzrə magistratura və Xəzər Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Böyük Britaniyanın York Universiteti (University of York) və Fransanın Strasburq Universitetində (University of Strasbourg) Executive MBA ixtisası üzrə magistratura təhsilini davam etdirir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri vəzifələrində çalışır. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) müəllim kimi fəaliyyət göstərir.
Camal Nağıyev
Camal Nağıyev
1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavriat, Bakı Biznes Universitetində Sahələr üzrə menecment ixtisası üzrə magistratura təhsili alıb. “PMD Group” şirkətində İnsan resursları və təlim şöbəsinin İstedadların cəlbi və inkişafı üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
Hüseyn Mahmudov
Hüseyn Mahmudov
1989-cu ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, ADA Universitetinin və Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) ikili diplom proqramı çərçivəsində MBA ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Holding”in Xarici innovasiyalar üzrə rəhbəri, "INMerge Ventures" Vençur fondunun idarəedicisi vəzifələrində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.
Fərid İsayev
Fərid İsayev
1986-cı ildə anadan olub. Böyük Britaniyanın Kinqston Universitetində (Kingston University) və Qərbi Kaspi Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat təhsili alıb. Böyük Britaniyanın Vorvik Universitetində Strategiya və innovasiyalar ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müşaviri-Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması Baş İdarəsinin rəisi, “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyası”nın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları altqrupunda Strategiya tematik istiqamətinin rəhbəri vəzifələrində çalışır.
Fərrux Məhərrəmli
Fərrux Məhərrəmli
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. “Cybernet” MMC-nin Baş transformasiya inzibatçısı vəzifəsində çalışır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır, 4 medalla təltif edilmişdir.
Xanbaba Sultanlı
Xanbaba Sultanlı
1991-ci ildə anadan olub. Rusiyanın Moskva Dövlət Aviasiya Universitetində İdarəçilik ixtisası üzrə və Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Böyük Britaniyanin York (University of York) və Fransanın Strasburq Universitetlərinin (University of Strasbourg) ikili diplom proqramı çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistratura (Executive MBA) təhsili alıb. Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye" şirkətinin direktoru vəzifəsində çalışır.
Nərgiz İsayeva
Nərgiz İsayeva
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. ABŞ-ın Hyuston Universitetində (University of Houston) Beynəlxalq hüquq ixtisasının magistratura pilləsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikası Dövlət Neft Fondunda İnvestisiya əməliyyatları departamentinin direktor müavini vəzifəsində çalışır. ”Azerbaijan Rigs” MMC-nin müşahidə şurasının üzvüdür.
Ramil Abulov
Ramil Abulov
1988-ci ildə anadan olub. Gəncə Dövlət Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Biznes tərəfdaşlığı şöbəsinin rəisi vəzifəsində çalışır.
Nihad Mənsimzadə
Nihad Mənsimzadə
1991-ci ildə anadan olub. ABŞ-nın Texas A&M Universitetində (Texas A&M University) İqtisadiyyat ixtisası üzrə bakalavriat və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Lids Universitetində (University of Leeds) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Eyni zamanda, Fransanın INSEAD Biznes Məktəbinin magistratura proqramını bitirib. “Boston Consulting Group“ (BCG) şirkətinin idarəetmə üzrə məsləhətçisi vəzifəsində çalışır.
Mehriban Rəsulova
Mehriban Rəsulova
1991-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, mədəni irs və davamlı inkişaf ixtisası üzrə magistratura pilləsində təhsil alıb. "PASHA Real Estate" şirkətinin Təşkilati inkişaf üzrə direktoru vəzifəsində çalışır.
Etibar Hüseynov
Etibar Hüseynov
1992-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Lankaster Universitetində (Lancaster University) Beynəlxalq biznes və korporativ hüquq ixtisası üzrə magistratura təhsili alıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nazirin İcraçı katibi vəzifəsində çalışır.
Nərgiz İsmayılova
Nərgiz İsmayılova
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq ticarət ixtisası üzrə bakalavriat və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ADA Universiteti ilə Niderland Krallığının Maastrixt Universitetinin (Maastricht University) müştərək (Executive MBA) Biznes inzibatçılığı ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Layihələrin idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışır.
Vüsalə Bayramova
Vüsalə Bayramova
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA proqramı üzrə Heyətin idarə edilməsi ixtisasında magistratura təhsili alır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabitdir.