III MÜSABİQƏNİN QALİBLƏRİ İLƏ TANIŞ OLUN
Elvin Əlizadə
Elvin Əlizadə
1993-cü ildə anadan olub. Türkiyənin Hərbi Dəniz Məktəbində Kompüter mühəndisliyi üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Sahəvi inkişaf sektorunun məsləhətçisi vəzifəsində çalışır.
Sübhan Əsgərzadə
Sübhan Əsgərzadə
1997-ci ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini Macarıstanın Peç Universitetində (University of Pécs) Struktur mühəndisliyi ixtisasının magistratura səviyyəsində davam etdirib. “SOCAR-KBR” MMC– nin Layihələrə nəzarət üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
Toğrul Ələkbərov
Toğrul Ələkbərov
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat və ABŞ-ın Boulinq Qrin Universitetində (Bowling Green State University) İşçilərin təhsili və inkişafı ixtisası üzrə magistratura təhsili alıb. “Human Development Center”in təsisçisi vəzifəsində çalışır.
Ülviyyə Mehralıyeva
Ülviyyə Mehralıyeva
1988-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Holdinq” MMC-də İnnovasiya tədbirləri meneceri və “INMerge Ventures” şirkətində İdarəedici partnyor vəzifələrində çalışır.
Şahin Mahmudzadə
Şahin Mahmudzadə
1992-ci ildə anadan olub. Türkiyənin Ankara Universitetində Maliyyə ixtisası üzrə bakalavriat təhsili alıb. Türkiyənin Sabancı Universitetində Maliyyə ixtisasının magistratura səviyyəsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru vəzifəsində çalışır.
Toğrul İslam
Toğrul İslam
1993-cü ildə anadan olub. Azərbaycan Universitetində Maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi (MBA proqramı), həmçinin ABŞ-nin Corcia Dövlət Universitetinin Biznes Kollecində Maliyyə ixtisası üzrə bakalavriat, ADA Universitetində isə Maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə (MBA proqramı) magistratura təhsili alıb. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş Mühasib-Mühasibatlıq Şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Azad Qəribov
Azad Qəribov
1987-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Qlazqo Universitetində (The University of Glasgow) Beynəlxalq siyasət üzrə magistratura, Mərkəzi Avropa Universitetində Siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alıb. "Aretera Public Affairs" şirkətinin Cənubi Qafqaz, Türkiyə, Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə regional müşaviri vəzifəsində çalışır. ADA Universitetində qlobal siyasət, dövlət və siyasət və qlobal siyasi iqtisad fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Səkinə Vəliyeva
Səkinə Vəliyeva
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb və təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Mançester Universitetində (The University of Manchester) Kompüter elmləri və biznes idarəetməsi ixtisası üzrə davam etdirib. İsveçrənin Lozan Universitetində MEMOS – İcraçı magistratura proqramı (İdman təşkilatlarının idarə olunması) ixtisası üzrə magistratura təhsili alıb. Milli Olimpiya Komitəsinin Marketinq departamentinin direktoru vəzifəsində çalışır. Beynəlxalq Olimpiya Komitəsində Olimpiya Kanalı Komissiyasının üzvüdür.
Bayram Orucov
Bayram Orucov
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq üzrə bakalavriat, Erasmus adına Rotterdam Universitetində (Erasmus University Rotterdam) Beynəlxalq kommersiya və şirkət hüququ üzrə magistratura təhsili alıb. Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasında Azad sahibkarlıq hüququ sahəsində doktorantura təhsili alır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri (Avropa İnsan Hüquqları Məhkəməsi ilə iş) sektorunda məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda, Vəkillər Kollegiyasının üzvü, vəkildir.
Faiq Hüseynov
Faiq Hüseynov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Fərahim Hacıyev
Fərahim Hacıyev
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Mançester Universitetində (The University of Manchester) Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsili alıb. “Veysəloğlu Şirkətlər Qrupu”nun Maliyyə nəzarəti və xəzinədarlıq direktoru vəzifəsində çalışır.
Xanım Daşdəmirova
Xanım Daşdəmirova
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, York (Böyük Britaniya) və Strasburq Universitetlərinin (Fransa) ikili diplom proqramı çərçivəsində Maliyyə ixtisasları üzrə (Executive MBA) magistratura təhsili alıb. Təhsilin İnkişafı Fondunda İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
İlahə Baxışova Tahirli
İlahə Baxışova Tahirli
1994-cü ildə anadan olub. Azərbaycan Dillər Universitetində Regionşünaslıq üzrə bakalavriat, Bakı Mühəndislik Universiteti və Roma Sapienza Universitetində (Sapienza University of Rome) Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi vəzifəsində çalışır.
Mirzə Ələkbər Babayev
Mirzə Ələkbər Babayev
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində (University of Bristol) Strateji idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. Polşada fəaliyyət göstərən “Babayev Investments Group” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) vəzifəsində çalışır.
Şamxal Cəmilzadə
Şamxal Cəmilzadə
1991-ci ildə anadan olub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyanın Klaustal Texniki Universitetində (Technical University of Clausthal) Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində eyni ixtisas üzrə magistratura, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) isə İnkişaf etməkdə olan ölkələrdə data və iqtisadiyyat ixtisası üzrə ikinci magistratura təhsili alıb. “PAŞA Həyat Sığorta” şirkətinin Sığorta riskləri üzrə qrup rəhbəri vəzifəsində çalışır. Həmçinin ADNSU və UNEC-də müəllim kimi fəaliyyət göstərir.
Emil Bəşirov
Emil Bəşirov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə bakalavriat, Böyük Britaniyanın Kardiff Universitetində (Cardiff University) Biznesin təşkili və idarə edilməsi (MBA), Qərbi Kaspi Universitetində Beynəlxalq biznes (MBA) ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Vəzifə standartlarının işlənməsi şöbəsinin rəisi vəzifəsində çalışır.
Əsəd Qurbanzadə
Əsəd Qurbanzadə
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunun Maliyyə ixtisası üzrə bakalavriat, Bank işi ixtisası üzrə magistratura, Türkiyənin Anadolu Universitetində Maliyyə ixtisası üzrə MBA (ikinci magistratura), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Dövlət maliyyəsi və fiskal siyasət ixtisası üzrə doktorantura təhsili alıb. "AgroDairy" Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü, Kommersiya üzrə baş direktoru (CCO) vəzifəsində çalışır.
Fərid İsayev
Fərid İsayev
1990-cı ildə anadan olub. Sumqayıt Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergiqoyma ixtisası üzrə magistratura, ABŞ-nin Vaşinqton Universitetinin (University of Washington) Layihələrin idarəedilməsi üzrə ikinci magistratura proqramını bitirib. Böyük Britaniyanın York (University of York) və Fransanın Strasburq Universitetlərinin (University of Strasbourg) ikili diplom proqramı çərçivəsində Logistika və təchizat zəncirinin idarəedilməsi üzrə MBA ixtisasları üzrə magistratura təhsili alıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Satınalma kateqoriyalarının idarə olunması departamentinin rəis müavini vəzifəsində çalışır.
İbrahim Məmmədzadə
İbrahim Məmmədzadə
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavriat, Mançester Universitetində (The University of Manchester) Dövlət siyasəti və idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Real Estate Group” şirkətinin İnvestisiya direktoru vəzifəsində çalışır.
Rəsul Həşimov
Rəsul Həşimov
1997-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. Həmin universitetin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsilini alıb. Böyük Britaniyanın York Universitetində (University of York) Dövlət İdarəçiliyi (MPA) ixtisası üzrə ikinci magistratura təhsilini davam etdirir. Təhsilin İnkişafı Fondunda Layihələrin idarəolunması şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Tural Abdullazadə
Tural Abdullazadə
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Böyük Britaniyanin York və Fransanın Strasburq Universitetlərinin ikili diplom proqramı çərçivəsində Biznesin idarəedilməsi ixtisası üzrə (Executive MBA) magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyəti sədrinin müşaviri vəzifəsində çalışır.
Vüqar Mamedov
Vüqar Mamedov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Ekologiya ixtisası üzrə bakalavriat və Türkiyənin Hacettepe Universitetində İqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Agro Food İnvestments” MMC-nin Baş strategiya və investisya inzibatçısı vəzifəsində çalışır.