IV MÜSABİQƏNİN QALİBLƏRİ İLƏ TANIŞ OLUN
Teymur Rəhimov
Teymur Rəhimov
1990-cı ildə anadan olub. Türkiyənin Fatih Universitetində Sənaye mühəndisi ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Varvik Universitetində (University of Warwick) Biznesin idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. “bp” şirkətində layihə meneceri vəzifəsində çalışır. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində layihələrin idarə olunması fənni üzrə müəllim kimi fəaliyyət göstərir.
Orxan Şamilzadə
Orxan Şamilzadə
1997-ci ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə bakalavriat, Çin Xalq Respublikasının Vuhan Universitetində (Wuhan University) Struktur mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. “NORM” ASC-nin Layihə rəhbəri vəzifəsində çalışır.
Təbriz Əmmayev
Təbriz Əmmayev
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Bristol Universitetində (University of Bristol) Maliyyə, mühasibatlıq və menecment ixtisası üzrə təhsil alıb. Hazırda İspaniyanın IE Biznes məktəbində (IE Business School) Biznesin idarəedilməsi ixtisası üzrə magistratura təhsili alır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsində çalışır.
Sənan Mustafayev
Sənan Mustafayev
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. "PAŞA Bank" ASC-nin Hesabatlılıq departamentinin direktoru vəzifəsində çalışır.
Cəfər Nəcəfli
Cəfər Nəcəfli
1993-cü ildə anadan olub. Türkiyənin Yıldız Texniki Universitetində Şəhər və bölgə plançısı, həmçinin, Avstriyanın Vyana Texniki Universitetində (TU Wien) Məkan planlaşdırması ixtisası üzrə bakalavriat və Türkiyənin İstanbul Texniki Universitetinin Şəhər planlaşdırma ali ixtisası üzrə magistratura təhsili alıb. "Delivery Hero Holding"in Performans və strateji idarəetmə departamentində baş menecer vəzifəsində çalışır.
Qaraxan Şirinli
Qaraxan Şirinli
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Dünya iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Supermarkets(Bravo) MMC-nin Risk idaretmə və biznes prosesləri üzrə direktor vəzifəsində çalışır.
Kamal Hüseynli
Kamal Hüseynli
1994-cü ildə anadan olub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İsveçrənin Cenevrə Beynəlxalq Universitetində (International University in Geneva) Maliyyə və mühasibatlıq ixtisası üzrə bakalavriat, İspaniyanın Barselona Muxtar Universitetində (Universitat Autònoma de Barcelona) Beynəlxalq biznesin idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində York Universitetində (Böyük Britaniya) Ətraf mühitin iqtisadiyyatı ixtisası üzrə doktorantura pilləsi üzrə davam etdirir. “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi vəzifəsində çalışır.
Şəfəq Həsənəlizadə
Şəfəq Həsənəlizadə
1989-cu ildə anadan olub. Bakı Mühəndislik Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Kinqston Universitetində (Kingston University) Mühasibatlıq və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin Baş inspektoru vəzifəsində çalışır.
Günel Musayeva
Günel Musayeva
1993-cü ildə anadan olub. Türkiyənin Bahçeşehir Universitetində Beynəlxalq maliyyə ixtisası üzrə bakalavriat, həmin universitetin Biznesin idarəedilməsi:kapital bazarları və maliyyə, Böyük Britaniyanın Varvik Universitetində (University of Warwick) Maliyyə və iqtisadiyyat ixtisasları üzrə magistratura təhsili alıb. Dövlət Neft Fondunda Baş investisiya təhlilçisi vəzifəsində çalışır. ADA Universitetində daşınmaz əmlakın maliyyələşdirilməsi fənni üzrə müəllim kimi fəaliyyət göstərir.
Toğrul Yaqublu
Toğrul Yaqublu
1992-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Sauthempton Universitetində (University of Southampton) Risklərin idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Çin Xalq Respublikasının Çuntsin Universitetində (Chongqing University) Biznesin idarəedilməsi ixtisasının doktorantura pilləsi üzrə davam etdirir. “FinTrend” Bank Olmayan Kredit Təşkilatının daxili auditoru vəzifəsində çalışır.
Səbuhi Göyüşov
Səbuhi Göyüşov
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznes inzibatçılığı ixtisası üzrə magistratura təhsili alıb. "PAŞA Həyat Sığorta" ASC-nin Hüquq departamentinin direktoru vəzifəsində çalışır.
İsmayıl Hüseynov
İsmayıl Hüseynov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Biznesinin İnkişafı Fondunun Layihələrin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır.
Orxan İsgəndərov
Orxan İsgəndərov
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. “Azerconnect Group”un İnsan resurslarının idarə edilməsi üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
Salman Babazadə
Salman Babazadə
1995-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Bolt” şirkətinin B2B vertikalında Ölkə üzrə satış direktoru vəzifəsində çalışır. Xəzər Universitetində sahibkarlıq, innovasiyaların, satışın və strategiyanın idarəolunması fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Nicat Qocayev
Nicat Qocayev
1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Ölkəşünaslıq ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır.
Ayaz Əhmədzadə
Ayaz Əhmədzadə
1996-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetində Əczaçılıq ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə magistratura təhsili alıb. "Avromed Company" QSC-nin Şəxsi Brend markalar üzrə departamentinin rəhbəri vəzifəsində çalışır.
Seymur Hüseynov
Seymur Hüseynov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini, "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin icraçı direktoru vəzifələrində çalışır.
Aslan Həsənli
Aslan Həsənli
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. "Baku Electronics" MMC-nin Marketinq departamentinin direktoru vəzifəsində çalışır.
Anar Qasımov
Anar Qasımov
1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Türkiyənin Marmara Universitetində Bank işi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Strategiya departamentinin müdiri vəzifəsində çalışır.
Rüfət Məmmədxanlı
Rüfət Məmmədxanlı
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Almaniyanın Buserius Hüquq Məktəbində (Bucerius Law School) və VHU – Otto Bayshaym Menecment Məktəbində (WHU – Otto Beisheim School of Management) Hüquq və biznes ixtisası üzrə magistratura təhsili alıb. "Unibank" Kommersiya Bankı" ASC-nin Hüquq və təşkilati işlər departamentinin direktoru vəzifəsində çalışır. ADA Universitetində maliyyə bazarları hüququ və əmək hüququ fənləri, “Bridge Academy”də isə mülki hüquq və əmək hüququ fənləri üzrə müəllimdir. Vəkillər Kollegiyasının üzvü, vəkildir.
Əkbər Əsgərov
Əkbər Əsgərov
2000-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universiteti və Böyük Britaniyanın London Universitetində (University of London) Maliyyə ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində ABŞ-nin İllinoys Urbana-Şampeyn Universitetində (University of Illinois Urbana-Champaign) Maliyyə ixtisasının magistratura pilləsi üzrə davam etdirir.
İnsafəli Səmədov
İnsafəli Səmədov
1994-cü ildə anadan olub. Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Sahələr üzrə menecment ixtisası üzrə magistratura təhsili alıb. “Develor Azerbaijan” şirkətində Təlim və məhsul inkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Eyyub Fətəliyev
Eyyub Fətəliyev
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində İnsan hüquqları ixtisası üzrə magistratura təhsili alıb. “Azercell Telecom” MMC-nin bölüm rəhbəri vəzifəsində çalışır. Vəkillər Kollegiyasının üzvü, vəkildir.
Şahlar Məmmədov
Şahlar Məmmədov
1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Mülki və təsərrüfat hüququ ixtisası üzrə magistratura təhsili alıb. O, magistratura pilləsi üzrə təhsilini Belçikanın Gent Universitetində (Ghent University) beynəlxalq biznes hüququ ixtisası üzrə davam etdirib. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Korporativ hüquq və müqavilələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışır. . Eyni zamanda, ADA Universitetində Hüquq fakültəsinin praktiki təcrübə üzrə professorudur. Vəkillər Kollegiyasının üzvü, vəkil və İngiltərə və Uels Hüquq Cəmiyyətinin (İUHC) üzvü, solisitor statusuna sahibdir.
Elnur Abdullazadə
Elnur Abdullazadə
1990-cı ildə anadan olub. Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyanın Bonn Universitetində (University of Bonn) İqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Azərlotereya” ASC-nin Baş maliyyə inzibatçısı vəzifəsində çalışır.